Fransanın tanınmış caz ifaçısı “YARAT”da çıxış edəcək
9.4.2018

Aprelin 12-də “YARAT” Müasir İncəsənət Mərkəzində Fransanın ölkəmizdəki səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkilatçılığı ilə “Mugham Souls” adlı konsert proqramı təqdim olunacaq.

Konsert Fransanın tanınmış caz ifaçısı Pyer de Treqoman və xanəndə Qoçaq Əsgərovun iştirakı ilə keçiriləcək.

Frankofoniya Həftələri çərçivəsində təşkil olunacaq konsertdə hər kəs iştirak edə bilər.


azertag.az