Bəstəkar Ədilə Hüseynzadənin xatirəsi anılacaq
6.4.2018

Aprelin 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Ədilə Hüseynzadənin xatirəsinə həsr edilən tədbir keçiriləcək.

Filarmoniyadan bildirilib ki, “Mədəniyyət” kanalının təşkilatçılığı ilə reallaşacaq tədbirdə bəstəkarın həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Tədbir konsert proqramı ilə davam edəcək. Konserti Nazim Hacıəlibəyovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edəcək.

azertag.az