Azərbaycanda verilən uyğunluq sertifikatları Körfəz ölkələrində tanınacaq
6.4.2018

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Azərbaycan Standartlaşdırma İnstitutu Körfəz ölkələrinin standartlaşdırma qurumu ilə memorandum imzalayıb.

Bunu institutun baş direktoru Namiq Tağıyev deyib.

Onun sözlərinə görə, memorandum Azərbaycanla Körfəz ölkələri arasında ticarət əlaqələrinin inkişafına və verilən sertifikatların qarışılıqlı tanınmasına xidmət edir.

N.Tağıyev həmçinin deyib ki, İran sahibkarlarının Azərbaycanın laboratoriya imkanlarından istifadə edəcəkləri istisna deyil.

report.az