Nigeriyanın nüfuzlu televiziya kanallarında Azərbaycan haqqında silsilə filmlər yayımlanacaq
5.4.2018

Xəbər verdiyimiz kimi, Nigeriyanın məşhur “Foodies & Spice” mətbəx verilişinin yaradıcı heyəti “Nigeriya Azərbaycanın Dostları Təşkilatı”nın dəstəyi ilə ölkəmizdə səfərdə olub.

Təşkilatın rəhbəri Billurə Bayramova bildirib ki, nigeriyalı qonaqlar 10 günlük səfər çərçivəsində Bakı və regionlarda silsilə görüşlər keçiriblər. Səfər çərçivəsində Azərbaycanın tarixi, mətbəxi və adət-ənənələrini geniş şəkildə işıqlandırmaq üçün zəngin materiallar toplanıb.

“Foodies & Spice” verilişinin aparıcısı Gina Ehikodinin təqdimatında 13 hissədən ibarət “Azərbaycan təamları” filmi hazırlanıb. Film may ayından etibarən bu ölkənin nüfuzlu TVC və digər kanalları ilə həftənin şənbə günləri silsilə olaraq yayımlanacaq.


azertag.az