Xanəndə Könül Xasıyevaya Prezidentin fərdi təqaüdü təyin olunub
5.4.2018

Aprelin 4-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Könül Xasıyevaya Prezidentin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Görkəmli müğənni Könül Xasıyeva Prezidentin fərdi təqaüdünə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə layiq görülüb.

azertag.az