Kaluqada Azərbaycan Mədəniyyəti Günü qeyd ediləcək
5.4.2018

Aprelin 7-də Kaluqa vilayətindəki (Rusiya Federasiyası) Gənclər Mərkəzində Azərbaycan Mədəniyyəti Günü qeyd ediləcək.

Tədbirin təşkilatçıları qismində Kaluqa Vilayət Mədəniyyət Mərkəzi, “Rusiya sülh Fondu”nun vilayət bölməsi və regional Azərbaycan milli-mədəni muxtariyyəti çıxış edəcək.

Tədbirin başlanmasından əvvəl Gənclər Mərkəzinin foyesində tətbiqi yaradıcılıq sərgisi açılacaq. Buraya gələnlər həmin sərgidə milli yaradıcılığın bütün koloritini görə biləcəklər. Azərbaycan mətbəxi ilə yaxından tanış olmağı arzu edənlərə milli xörəkləri dadmaq imkanı yaradılacaq.

Bayram şənliyi konsert proqramı ilə davam edəcək.


azertag.az