Bu gün Avropa Liqasının 1/4 final mərhələsinə start veriləcək
5.4.2018

Bu gün Avropa Liqasının ¼ final mərhələsinə start veriləcək.

Bu mərhələdə bütün matçlar eyni vaxtda başlayacaq.

İngiltərənin “Arsenal” klubu doğma azarkeşlər önündə Rusiyanın MOİK (Moskva) komandası ilə üz-üzə gələcək.

“Qarabağ”ın Çempionlar Liqasındakı sabiq rəqibi “Atletiko Madrid” evdə Portuqaliyanın “Sportinq” komandasını sınağa çəkəcək.

İtaliyanın “Latsio” klubu isə Avropa Liqasının sensasiyalı klubu Avstriyanın “Zalsburq” komandası ilə qarşılaşacaq. Bu mərhələnin digər matçı isə Almaniyada baş tutacaq. “Leyptsiq” Fransanın “Marsel” klubu ilə görüşdə sərfəli nəticə əldə etməyə çalışacaq.

Avropa Liqası, 1/4 final (ilk oyunlar)

5 aprel

23:05. “Arsenal” (İngiltərə) – MOİK (Rusiya)

23:05. “Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya)

23:05. “Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya)

23:05. “Leyptsiq” (Almaniya) – “Marsel” (Fransa)

report.az