İspaniyanın rəqəmsal portalının dünyanın qeyri-adi tikililəri siyahısında Heydər Əliyev Mərkəzinin də adı var
4.4.2018

İspaniyanın “Digitaltrends” rəqəmsal portalı dünyanın qeyri-adi tikililəri siyahısını dərc edib. Siyahıda Heydər Əliyev Mərkəzinin də adı var.

Heydər Əliyev Mərkəzinin quruluşu barədə məlumat verən portal onun bir neçə il əvvəl dünyanın ən gözəl müasir binası seçildiyini yazır.

Siyahıda Tokiodakı “W350” adlı taxta göydələn, Milandakı “Vertikal meşə”, Normandiyadakı “Benedikt abbatlığı”, Pekindəki “CCTV”nin baş ofisi, Tenerifedəki “Auditoriya” və digərlər binaların adları da yer alıb.

azertag.az