Gənc Tamaşaçılar Teatrında növbəti tamaşa Aprel şəhidinə həsr edilib
3.4.2018

Aprelin 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış” adlı tamaşa nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq Artisti Vaqif Əsədovun quruluşunda baxılacaq səhnə əsəri Leyla Beyim və Yefim Abramovun eyniadlı əsərləri əsasında səhnələşdirilib.

Tamaşa Aprel döyüşlərində şəhid olmuş gənc heykəltəraş Samir Kaçayevin xatirəsinə ithaf edilib.


azertag.az