Tanınmış xanəndənin yaradıcılığına işıq salan sənədli film - “Sənətə köklənən sevgi”
3.4.2018

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Sənətə köklənən sevgi” sənədli televiziya filminin istehsalını başa çatdırıb.

QSC-nin mətbuat xidmətindən bildirilib ki, ekran işi Xalq Artisti, tanınmış xanəndə və pedaqoq Səkinə İsmayılovanın sənət dünyasına həsr olunub. Xanəndənin yaradıcılığına işıq salan film muğam və opera parçaları, xalq mahnıları ilə müşayiət olunur.

Filmin ssenari müəllifi Elnurə Hüseynova, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur.


azertag.az