Fırça ustaları öz əsərlərini açıq səma altında yaradacaq
3.4.2018

Aprelin 29-da “Art Villa” qalereyasında “Açıq səma altında plener-18” keçiriləcək. Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunan plener “Azərbaycanım” adı altında gerçəkləşəcək.

Bu sözləri “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

“Tədbir çərçivəsində çoxsaylı rəssamın iştirakı ilə açıq səma altında müxtəlif janrlı rəsm əsərləri yaradılacaq. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər. Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır”,-deyə D. Məmmədov bildirib.

azertag.az