Microsoft Edge genişlənir
2.4.2018

"Microsoft" korporasiyası 2 həftə əvvəl "iPad" üçün öz "Edge" brauzerini sınaqdan keçirməyə başlayıb. İndi isə şirkət "Microsoft Edge" brauzerinin "Android" sisteminin idarəetməsi altında işləyən planşet və "iPad" istifadəçiləri üçün əlçatan olduğunu elan edib.

Mobil brauzer masaüstü brauzerlə sinxron işləyir. Məsələn, mobil brauzerdə saytı oxuyan istifadəçi "Windows 10" sistemi ilə işləyən fərdi kompüterdə qaldığı yerdən oxumağa davam edə bilər, həmçinin şifrə və qiraət siyahısı sinxronlaşdırılır. Daxili QR kod skaneri, səsli axtarış, məxfi rejim, həmçinin işıqlı və tünd görünüş arasında keçid imkanı nəzərdə tutulub.

milli.az