Yeni Huawei P20: Qaranlıqda "görməyə qadir" smartfon
2.4.2018

Çinin Huawei şirkətinin yeni smartfonu ştativ və kamera işığı olmadan zülmət gecədə şəkil çəkməyə qadirdir.

P20 Pro smartfonu kifayət qədər işıq toplamaq üçün kameranın ekspozisiya müddətini 6 saniyə qədər uzada bilər.

Növbəti mərhələdə görüntü süni intellekt funksiyası vasitəsilə təkmilləşdirilir.

P20 smartfonu həmçinin üç kamera ilə təchiz olunan ilk telefondur.

P20 obyektləri tanımaq funksiyasına malikdir.

Long exposure imageHuawei qaranlıqda "daha keyfiyyətli" şəkil çəkməyə qadir kamera ilə təchiz olunub

Çində, Oppo, Xiaomi və Vivo brendləri ilə rəqabət aparan Huawei ötən il ərzində iqtisadi göstəricilər baxımından Apple şirkətindən geriləməni bir qədər azaltmağa nail olub.

BBC-yə danışan Huawei-in nümayəndəsi tezliklə ən çox smartfon satan şirkətə çevrilə biləcəyini deyib.

Hazırda o, Samsung və Apple-dan sonra üçüncü yeri tutur.

ABŞ-da telekom şirkətləri Huawei satmaqdan imtina edir. Bu, Çin şirkətinin inkişafı üçün əsas maneə sayılır.

milli.az