“Ustad”ın on yeddinci nömrəsində...
30.3.2018

“Hədəf” nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət jurnalı “Ustad”ın 17-ci nömrəsi işıq üzü görüb.

Bu nömrədə yenə ədəbiyyat və müxtəlif sənət növləri haqqında yazılar yer alıb.

Jurnalda türk qələm adamları Aziz Kamal Hızıroğlu, Tezer Özlü, Nedim Hazar, tərcüməçi Taleh Eminoğlunun gürcü yazıçısı Nodar Dumbadzenin “Mən günəşi görürəm” romanından tərcümə, yerli müəlliflər Rza Rzayev, Nizami Hüseynov, Zərəngiz Dəmirçi Qayalı, gənclərdən Xəyalə Murad, Tural Cəfərli və digərlərinin şeir, məqalə və hekayələri çap olunub.

Şəmil Sadiq, Müşfiq XAN, Şahanə Müşfiq, Xanım ANELA, Ülvi Bahadur, Nuranə Abbasovanın hekayə və şeirləri, kino və teatr haqqında yazıları nəşri daha da oxunaqlı edib.

“Ustad”ın yeni nüsxəsini oxucular kitabevim.az mağazalar şəbəkəsindən əldə edə bilərlər.

Jurnalın baş redaktoru Şəmil Sadiqdir.

azertag.az