Qara Qarayevin 100 illik yubileyinə həsr edilən orqan musiqisi axşamı
30.3.2018

Martın 29-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilən orqan musiqisi axşamı olub. Mədəniyyət və Turizm Nazirliyi və filarmoniyanın təşkilatçılığı ilə keçirilən konsertdə bəstəkarın vokal və instrumental əsərləri səsləndirilib.

Konsertdən əvvəl orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Natəvan Quliyeva görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən danışıb. Sonra Natəvan Quliyevanın solistliyi ilə konsert proqramı təqdim olunub. Konsertdə Əməkdar artistlər Töhfə Babayeva (skripka) və Fəridə Məmmədova (soprano) da çıxış ediblər.


azertag.az