Bakı məktəblərində iməciliklər keçirilir
30.3.2018

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində yazın gəlişi ilə əlaqədar iməciliklər təşkil edilir.

BŞTİ-dən bildiriblər ki, şagirdlərin təşəbbüsü ilə keçirilən iməciliklərin məqsədi ətraf mühitin mühafizəsi, təbiətin qorunması, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

Müəllim və şagirdlərin iştirak etdikləri iməciliklər zamanı məktəblərin həyətyanı sahələrində təmizlik işləri aparılır, həmçinin müxtəlif növ ağac və gül kolları əkilir, bitkilərə aqrotexniki qulluq göstərilir.

azertag.az