Azərbaycan sənətçiləri "Beynəlxalq Etno Musiqi Festivalı"nda iştirak edəcəklər
30.3.2018

İstanbul Böyükşəhər Bələdiyyəsi mədəniyyət şöbəsinin rəhbərliyi aprelin 1-də "Beynəlxalq Etno Musiqi Festivalı" təşkil edəcək.

3 gün davam edəcək festivalda türk sənətçiləri ilə yanaşı, İrlandiya, İngiltərə, Yunanıstan və Fransadan tanınmış sənətçilər, o cümlədən Azərbaycandan Ehtiram Hüseynov, Elşən Mansurov, Əliağa Sədiyev və Kamran Kərimov çıxış edəcəklər.

İştirakçılar Arakanda qətlə yetirilən günahsız insanların xatirəsi üçün bir araya gələcək və festivalın açılış konsertində bu gün hələ də qətliamlara məruz qalan, didərgin düşən arakanlıların aclıq və xəstəliklərinə diqqəti çəkmək, həm də müharibə və qətliamların davam etdiyi digər ölkələrin də dərdlərini bölüşmək məqsədilə müxtəlif dillərdə əsərlər səsləndiriləcək.

azertag.az