Bayram günləri Musiqili Teatrın tamaşalarını mindən çox teatrsevər izləyib
29.3.2018

Hər il olduğu kimi, bu il də Azərbaycan Dövlət Musiqili Teatrı bayram günlərində tamaşaçıları üçün bir-birindən maraqlı səhnə əsərləri təqdim edib.

Teatrın mətbuat katibi Fəridə Aslanova məlumat verib ki, bayram günlərində sənət ocağının səhnəsində beş tamaşa teatrsevərlərə təqdim olunub. Səhnə əsərlərini ümumilikdə 1800-dək tamaşaçı izləyib.

F. Aslanovanın sözlərinə görə, teatr gələn ay da böyüklər və uşaqlar üçün maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

azertag.az