Bakıda milli kinomuzun 120 illiyinə həsr edilmiş sərgi açılacaq
29.3.2018

Aprelin 3-də Muzey Mərkəzində milli kinomuzun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu afişalarda” adlı sərgi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Sərgi çərçivəsində milli kinomuzun yaranma tarixindən bu günədək ekranlaşdırılmış filmlərin fotoları nümayiş ediləcək.

azertag.az