Bakıda nəhəng LAYİHƏ - Ziya Bünyadov prospekti ilə Balaxanı yolu birləşəcək (ÖZƏL)
28.3.2018

Bakıda daha bir magistral yol layihəsi reallaşacaq.

Bu barədə özəl açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, həmin yol Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində gölün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçəcək.

4 hərəkət zolaqlı magistral yol paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirəcək.

Qeyd edək ki, yolun uzunluğu 2 km olacaq.

trend