Bakıda “Genosid-100” adlı sərgi təşkil olunacaq
28.3.2018

Martın 29-da “Qalereya 1969”-da 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Genosid-100” adlı sərgi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq.

Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamların şəxsi kolleksiyalarından seçilmiş əsərlərdən ibarət sərgi soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə təşkil olunacaq.

Aprelin 3-dək davam edəcək sərgidə nümayiş ediləcək əsərlər məzmun və mahiyyət etibarı ilə xalqımızın mübarizə əzmini, faciənin dəhşətlərini, son yüz ildə ermənilər tərəfindən törədilən qanlı faciələrin və məkrli-siyasətin iç üzünü təsviri sənət əsərləri vasitəsilə bir daha geniş ictimaiyyətə çatdıracaq.

azertag.az