Novruz bayramı İllinoys ştatında da qeyd edilib
27.3.2018

İllinoys ştatının Azərbaycan icmasının üzvləri Novruz bayramını qeyd etmək üçün bir araya gəliblər.

Tədbirdə Çikaqo və ətrafında yerləşən şəhərlərdə yaşayan 90-dək azərbaycanlı, türk icmasının üzvləri və amerikalılar iştirak ediblər. Qonaqlara milli yeməklər və Novruz süfrəsinin ənənəvi şirniyyatları təqdim olunub. Novruz şənliyi milli musiqi nömrələrinin səsləndirilməsi ilə davam edib.

azertag.az