Bakıda Frankofoniya Həftəsi başlayır
27.3.2018

Aprelin 1-dən etibarən Bakıda Frankofoniya Həftəsinə start veriləcək.

Aprelin 14-dək davam edəcək Frankofoniya Həftəsi on bir Avropa dövlətinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşacaq. Frankofoniya Həftəsi çərçivəsində bir sıra mədəni tədbirlər təşkil olunacaq, müxtəlif mövzulu rəsm sərgiləri açılacaq.

Qeyd edək ki, hər il dünyada qeyd edilən Frankofoniya Həftəsi fransız dilli ölkələri özündə birləşdirən 84 dövlət və dövlət qurumunu (58 üzv və 26 müşahidəçi ölkəni) bir araya gətirir.

azertag.az