Kamera və orqan musiqi zalında Qara Qarayevin əsərləri səsləndiriləcək
27.3.2018

Martın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunacaq.

Konsertdə görkəmli bəstəkarın seçilmiş əsərləri tanınmış ifaçılar tərəfindən səsləndiriləcək.

Qeyd edək ki, konsert proqramı Mədəniyyət və Turizm Nazirliyi, Filarmoniya və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşacaq.

azertag.az