Rezidenturaya və dövlət qulluğuna qəbul olunmaq istəyənlərin sınaq imtahanına qeydiyyatı davam edir
16.3.2018

Rezidenturaya və dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirələcək təkrar sınaq imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, sınaq imtahanları martın 17-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. İmtahanlarda iştirak etmək üçün online qeydiyyat martın 17-si saat 9:00-da başa çatacaq.

İmtahanlar saat 10:00-da başlayacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.

Dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə, rezidenturaya qəbul olmaq istəyən namizədlər isə http://eservices.dim.gov.az/elimt/ResSinaqQeyd keçidinə daxil olmalıdırlar.

Sınaq imtahanlarında təkrar test tapşırıqlarından istifadə ediləcək.

azertag.az