Nizami Kino Mərkəzində “Eviniz abad” bədii filminin təqdimatı olacaq
14.3.2018

Martın 16-da Nizami Kino Mərkəzində rejissor Mirsadıq Ağazadənin “Eviniz abad” bədii filminin təqdimatı olacaq.

Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Romantik komediya janrında olan, qeyri-adi əhvalat üzərində qurulmuş, azərbaycanlı oğlanla gürcü qızının məhəbbətindən bəhs edən filmdə hadisələr Azərbaycan və Gürcüstanda baş verir.

Filmin ssenari müəllifi İmir Məmmədli və Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, bəstəkarı Rauf Əliyev, rəssamı Əziz Məmmədov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.


azertag.az