Gənc Tamaşaçılar Teatrı şou-proqram hazırlayır
7.3.2018

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şou-proqram təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, proqramın əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, onlara yaddaqalan bayram yaşatmaqla, məişət problemlərindən uzaqlaşdırmaqdır. Tədbirdə sənət ocağının əməkdaşı İlham Əsədovun ifasında Azərbaycan xalq və müasir musiqiləri ilə yanaşı, dünya xalqlarının dillərində mahnılar, teatrın kişi aktyorları tərəfindən maraqlı səhnəciklər təqdim ediləcək.

Biletləri mərkəzləşdirilmiş kassalardan və “ASAN” xidmət filiallarından əldə etmək olar.

azertag.az