On iki nömrəli musiqi məktəbinin kollektivi hesabat konsertini təqdim edib
6.3.2018

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin kollektivi Bakıda konsert proqramı ilə çıxış edib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşan hesabat konsertində tanınmış mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.

Konsertdə Xalq Artisti Fəxrəddin Kərimovun rəhbərliyi və Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə məktəbin istedadlı şagirdlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

azertag.az