Azərbaycan Qran Prisi virtual "Oskar" mükafatına layiq görülüb
6.3.2018

Virtual "Oskar" seriyası üzrə müxtəlif nominasiyalarda qaliblər müəyyənləşib.

Mükafatlandırma mərasimi ABŞ-ın Los-Anceles şəhərində təşkil olunub. Paralel olaraq, F-1 2017-ci il dünya çempionatı üzrə öz virtual "Oskar"larını sosial şəbəkələrdə təqdim edib.

"Ən yaxşı film" nominasiyası üzrə "Oskar"ı Azərbaycan Qran Prisi alıb. Bu yarış "Bütün dövrlərin əkşn səhnələri triller"i adlandırılıb. Azərbaycan Qran Prisi almaniyalı Sebastyan Fettellə böyük britaniyalı Lüis Hemiltonun toqquşması, qırmızı bayraqlar və kanadalı Lens Strollun podiumu ilə əlamətdar olub.

report.az