“Eurovision 2018” müsabiqəsində səslənəcək mahnımız sosial şəbəkələrdə təqdim olunub
5.3.2018

“Eurovision 2018” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Aysel Məmmədovanın (AISEL) ifa edəcəyi mahnı sosial şəbəkələrdə təqdim olunub.

“X my heart” adlı müsabiqə mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar.

Xatırladaq ki, Aysel Məmmədova müsabiqənin birinci yarımfinalının ilk hissəsində çıxış edəcək.

Qeyd edək ki, sözügedən mahnı müsabiqəsinin yarımfinalları mayın 8-i və 10-da, finalı isə mayın 12-də Lissabonda keçiriləcək.

azertag.az