“YARAT”da gənc ifaçı konsert proqramı ilə çıxış edəcək
5.3.2018

Martın 9-da “YARAT” Müasir İncəsənət Mərkəzində gənc ifaçı Ləman Dadaşova konsert proqramı ilə çıxış edəcək.

“YARAT”dan bildirilib ki, konsert zamanı klassik mahnıların, həmçinin caz və pop üslubunda məşhur xarici mahnıların kaver versiyaları ifa olunacaq.

Qeyd edək ki, caz, pop, caz-rok, rok və klassika daxil olmaqla, ən müxtəlif musiqi janrlarında mahnılar ifa edən, çox nadir kontralto səs tembrinə malik gənc müğənni 2016-cı ildə “Səs” (Azərbaycan) televiziya layihəsinin yarımfinalçısıdır.

azertag.az