Kanada animasiya filmi “CinemaPlus”da peşəkar Azərbaycan dublyajında nümayiş olunur - VİDEO
5.3.2018

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunan Kanadanın “Cırtdanlar” animasiya filminin nümayişi baş tutub.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs rejissoru Orxan Həsənli və Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post-prodakşnı Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.

Filmi Oksana Rəsulova, Əlixan Rəcəbov, Valeh Kərimov, Rövşən Məmmədli, Kamran Ağabalayev, Həlimə Axundzadə, Xumar Quluzadə, Xətai Əli, Səid Nizami, Ülfət Bəşir, Sevda Bıyık səsləndiriblər.

Ailəvi komediya cizgi filminin rejissorları Peter Lepeniotis və Shelly Shenoydir.

Filmdə hadisələr qədim evdə baş verir. Buraya köçərkən heç kim bu böyük evin özündə “kiçik” sirrlər gizlədiyini ağlına belə gətirməzdi. Burada əsrlər boyunca yaşamış bağ qnomları dünyamızı zülmkar troqqlardan qoruyublar. İnsanların isə başqa seçimi yoxdur, onlar da bu böyük savaşa qoşulmalıdırlar.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Video

report.az