Bakıda yazıçı İqor Vonitskinin “Mənə ölməyi öyrət” romanının təqdimatı olacaq
2.3.2018

Martın 3-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Moldova ədəbiyyatı günləri” çərçivəsində yazıçı İqor Vonitskinin “Mənə ölməyi öyrət” romanının təqdimat mərasimi və müzakirəsi keçiriləcək.

Kitabxanadan verilən xəbərə görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, Moldova Azərbaycanlıları Konqresi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşacaq.

azertag.az