KarnegiKlub 650 nəfərlik bayram treninqi keçirib
2.3.2018

KarnegiKlubun 7 illiyinə həsr edilmiş möhtəşəm bayram treninq-tədbiri uğurla başa çatıb.

650 nəfər insanı bir yerə toplayan bu tədbir "Pullman" hoteldə keçirilib.

Tədbirin aparıcısı İlhamiyyə Rza KarnegiKlubun 7 illik fəaliyyəti haqqında iştirakçıları məlumatlandırdıqdan sonra səhnəyə KarnegiKlubun təsisçisi və rəhbəri Dr. Nəcəf Allahverdiyevi dəvət edib.

"Life and Time management" treninqinə start verilib. Təlimin gedişatında, zamanın idarə olunması haqqında aktual mövzulara toxunulub. Məqsədlərin düzgün seçilməsi, SMART üslubu ilə dəyərləndirilmə, missiyanın müəyyən edilməsi və məqsədlərin fərqi, hər iştrakçının fərdi zaman bölgüsü diaqnostikası, tənbəllik, prokrastinasiya və perfeksionizm ilə mübarizə üslubları göstərilib. Eyzenxauer matritsası vasitəsi ilə prioritetləşmə və digər mövzularda çoxlu faydalı və praktiki məlumatlar verilib. 5 saat davam edən treninqin fasilə zamanında bayram tortları kəsilib və çay süfrəsi ətrafında iştirakçıların ünsiyyəti baş tutub. Treninq iştirakçıları serifakatlarla təltif edilib.

Qeyd edək ki, “KarnegiKlub treninq mərkəzi” Bakı şəhərində 2011-ci ildə, "Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti"nin aparıcı təlimçisi, “Beynəlxalq Trenerlər Assosiasiyası”nın üzvü Dr. Nəcəf Allahverdiyev tərəfindən təsis edilib. Bu 7 il ərzində, mərkəz, insanların şəxsi inkişafı və biznesə yönəlik müxtəlif təlimlər baş tutmuşdur. Natiqlik və kommunikasiya; təqdimat və satış bacarıqları; zamanın idarə edilməsi, məqsədlərin düzgün qoyulması və s. mövzularda keçirilən təlimləri 100-dən çox qrup bitirib. Gənclərin inkişafına yönəlik 10-dan çox universitetdə Masterklass təlimlər, həmçinin dövlət və özəl sektora aid idarə, şirkət və təşkilatlarda korporativ treninqlər keçirilib.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

trend