Evlənənlərin sayı azalır
2.3.2018

Ötən il Bakıda qeydə alınan boşanma və nikahların sayı açıqlanıb.

Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2017-ci il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15426 nikah və 4906 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,8%, boşanmaların sayı isə 2,2% olub. Nikahların sayı 2016-cı illə müqayisədə 9,4% azalıb, boşanmalar isə 10% artıb.

Bundan başqa, keçən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Bakı şəhərinə 5012 nəfər gələn, 5677 nəfər gedən qeydə alınıb.

oxu.az