Azərbaycanlı rəssamın əsəri beynəlxalq müsabiqədə mükafata layiq görülüb
1.3.2018

Makedoniyada 4-cü Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi açılıb. Sərgidə 100 ən yaxşı əsər nümayiş etdirilir. Mövzusu “Evlilik: öncə və sonra” olan yarışmaya bütövlükdə 40 ölkədən 155 rəssam 430 əsərlə qatılıb.

Müsabiqədə ölkəmizi tanınmış rəssam Soltan Soltanlı təmsil edir. Onun əsəri "Ən yaxşı işə görə” mükafatına layiq görülüb.

Qeyd edək ki, bir sıra beynəlxalq mükafatların sahibi olan S.Soltanlının bu günlərdə Bakıda rəngkarlıq əsərlərindən ibarət “İrrealizm” adlı sərgisi açılıb.

azertag.az