Baharın gəlişi münasibətilə katarakta əməliyyatında endirim tətbiq ediləcək
1.3.2018

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin oftalmologiya şöbəsi mart ayında baharın gəlişi münasibətilə yeni kampaniya keçirir.

Mərkəzdən verilən məlumata görə, çoxsaylı müraciətlər nəzərə alınaraq kampaniya çərçivəsində qeydiyyatdan keçən ilk 100 nəfərə katarakta (mirvari suyu) əməliyyatı zamanı 30 faiz endirim ediləcək. Əməliyyatı oftalmologiya şöbəsinin müdiri Xəlil Hüseynov aparacaq.

azertag.az