Paytaxtda daha 55 ünvanda taksi dayanacağı yaradılıb
28.2.2018

Yeni taksi dayanacaq məntəqələrinin müəyyənləşdirilməsi işləri davam edir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, bu çərçivədə aparılan təhlillərin nəticəsinə əsasən, həmçinin, daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, daha 55 ünvanda taksi dayanacaq məntəqəsi təşkil edilib.

Artıq yeni məntəqələrə müvafiq nişanlar qoyulur və yol nişanlanma xətləri çəkilir.

trend