Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın formasında dəyişikliklər edilib
28.2.2018

Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Formasına əlavənin cədvəlində dəyişikliklər edilib.

Bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Dəyişikliyə görə, siyahıdan yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, şöbə müdiri, şöbə müdirinin müavini, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini vəzifələri çıxarılıb.

report.az