Rezidenturaya qəbul olunmaq istəyənlərin sınaq imtahanına qeydiyyatı aparılır
27.2.2018

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olunmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə yeni sınaq imtahanına qeydiyyat davam edir.

DİM-dən bildirilib ki, sınaq imtahanı martın 3-də mərkəzin Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. Birinci növbə imtahanı saat 10:00-da, ikinci növbə imtahanı isə saat 14:00-da başlayacaq.

Sınaq imtahanında iştirak etmək istəyən namizədlər müvafiq olaraq martın 3-də saat 09:00 və 13:00-dək DİM-in internet saytında qeydiyyatdan keçə bilərlər. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

azertag.az