Bəhreyn Bakıya birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır
27.2.2018

Bəhreynin "Gulf Air" aviaşirkəti Bakıya birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır.

Bu il aviaşirkət öz fəaliyyət dairəsini genişləndirməyi və yeni istiqamətlərdə uçuşlar həyata keçirməyi nəzərdə tutur.

Bildirilir ki, istiqamətlərdən biri də Bakı şəhəridir.

Qeyd edək ki, Bəhreynin milli aviadaşıyıcısı "Gulf Air" 1950-ci ildən uçuşlar həyata keçirir. Hazırda şirkət 24 ölkədə 43 məntəqədə xidmət göstərir.

trend.az