Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ikinci əcnəbi müğənninin adı müəyyənləşib
26.2.2018

"Formula-1" üzrə Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ikinci əcnəbi müğənninin adı müəyyənləşib.

Bakı Şəhər Halqasına istinadən xəbər verilir ki, bu, ikiqat "Brit Awards" mükafatı laureatı Dua Lipadır. Kosovo əsilli britaniyalı müğənni aprelin 29-da Baku Crystall Hall"da canlı konsert şousu ilə çıxış edəcək.

Qeyd edək ki, aprelin 27-də Böyük Britaniyanın tanınmış qrupu "Jamiroquai" "Baku Crystall Hall"da səhnə alacaq.

report.az