Nokia əfsanəvi “banan-telefonu” yenidən satışa çıxarır
26.2.2018

HMD Global şirkəti Nokia 8110 telefonunun yenilənmiş versiyasını təqdim edib.

Bu barədə Lenta.ru nəşri yazır.

Orijinal Nokia 810 1997-ci ildə buraxılıb və Matrisa filmində istifadə edilib.

Formasına görə ona “banan” adı verilib.

Telefonun yeni versiyası 2,4 dyümlük displey, iki meqapiksel kamera, dörd giqabayt yaddaşa malikdir, həmçinin 4G şəbəkəsini dəstəkləyir.

Smartfon şarjsız 25 gün işləyir. Telefonun satışı may ayında 80 avro qiyməti ilə başlayacaq.

oxu.az