Tarix Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi açılıb
23.2.2018

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi açılıb.

Sərgidə dövlətin çoxəsrlik tarixi, iqtisadiyyatı, zəngin mədəniyyəti ilə tanış olmağa imkan verən eksponatlar nümayiş olunur. Muzeyin kolleksiyasında Azərbaycanın Ağqoyunlu, Səfəvilər və Şirvanşahlar dövlətlərinə aid nadir eksponatlar qorunur. Şirvanşahlar dövlətinə aid eksponatlar sırasında dövlət başçıları Keyqubad, I Xəlilullah və Fərrux Yasara aid silahlar xüsusi yer tutur.

azertag.az