Filarmoniyada 8 Mart - Beynəlxalq Qadınlar Günü konsert proqramı ilə qeyd ediləcək
23.2.2018

Martın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı təqdim ediləcək.

Filarmoniyadan bildiriblər ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının təşkilatçılığı və filarmoniyanın birgə layihəsi əsasında reallaşacaq.

Konsertdə Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək. Musiqili proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.

azertag.az