Azərbaycan məhsulları Bolqarıstanda nümayiş olunub
23.2.2018

Azərbaycan Sofiyada (Bolqarıstan) turizm potensialını, eləcə də tarixini, ənənələrini, mədəniyyətini təbliğ edib.

Bolqarıstan mətbuatına istinadən verilən xəbərə görə, bu, beynəlxalq “HOLIDAY & SPA EXPO” sərgisi çərçivəsində mümkün olub.

Sərgidə iştirak Azərbaycanın Bolqarıstandakı səfirlyininin, Azərbaycan Turizm Assosiasiyası və “Buta Airways” aviaşirkətinin ortaq təşkilatçılığı ilə reallaşıb. Azərbaycanın ölkə stendində də ölkənin şərabları və milli yeməkləri təqdim edilib.

report.az