Strasburq Universitetinin "Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək
15.2.2018

"Bu gün Azərbaycan Neft və Sənaye Universitetində 11 minə yaxın tələbə təhsil alır. Halbuki 2 il öncə bu rəqəm 7,5 min nəfər idi. Ötən il universitetə 2 618 nəfər daxil olub. Orta qəbul balı 439-dur".

Bunu ali təhsil ocağının rektoru Mustafa Babanlı deyib.

Onun sözlərinə görə, əgər 2 il əvvəl Azərbaycan Neft və Sənaye Universitetində 384 nəfər magistr təhsili alırdısa və orta bal 68 idisə, hazırda magistrların sayı 1 100 nəfər (onlardan 511-i bu il daxil olub), orta balı 101-dir: "Həmçinin əvvəllər Universitetimizdə 21 doktorant təhsil alırdısa, bu il 120 yer ayrılıb ki, onun 78-i ödənişsiz, 42-si isə ödənişlidir".

Rektor onu da qeyd edib ki, 2014-cü ildə Fransanın Strasburq Universiteti ilə birgə yaradılmış Azərbaycan-Fransız Universiteti (UFAZ) də uğurla fəaliyyət göstərir: "Burada tədris Strasburq Universitetinin tədris proqramına əsasən, aparılır. Universitetin "Nobel" mükafatçılarının Azərbaycanda dərs deməsi nəzərdə tutulub".


report.az