Azərbaycanda yeni medal təsis edilib
14.2.2018

Azərbaycanda "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı təsis edilib.

Milli Məclisin dünən keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsini nəzərdə tutan layihə müzakirə olunub.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

report.az