Moskva Konservatoriyasında Qara Qarayevin 100 illik yubileyinə həsr edilən konsert olacaq
12.2.2018

Aprelin 9-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilən konsert olacaq.

Moskva Konservatoriyasının saytına istinadla xəbər verilir ki, konsertin solistləri Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) və beynəlxalq müsabiqələr laureatı Nikita Borisoqlebskidir. Moskva Konservatoriyasının simfonik orkestrinə Rusiyanın Əməkdar Artisti Anatoli Levin dirijorluq edəcək. Konsertdə Dmitri Şostakoviç, Qara Qarayev və Fərəc Qarayevin əsərləri səsləndiriləcək.

Xatırladaq ki, fevralın 1-də Moskva Konservatoriyasının kiçik zalında SSRİ-nin və Azərbaycanın Xalq Artisti Qara Qarayevin 100 illik yubileyinə həsr edilən konsert olub.

azertag.az