Muğam Mərkəzində “Nəğməkar qız” adlı konsert proqramı təşkil olunacaq
12.2.2018

Fevralın 23-də Beynəlxalq Muğam Mərkəzində “Nəğməkar qız” adlı konsert proqramı təşkil olunacaq.

Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi olan konsertdə Əməkdar Artist Lalə Məmmədova çıxış edəcək.

Konsertdə ifaçını Azərbaycan Televiziyasının Gülarə Əliyeva adına “Dan Ulduzu” instrumental ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbəri Əməkdar Artist Tariyel Abbasovdur.

Konsertin informasiya dəstəkçiləri sırasında AZƏRTAC da var.


azertag.az